Sentyabrdan su obyektlərindən istifadəyə ödəniş gəlir
Sentyabrın 1-dən etibarən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlər tətbiq olunacaq. Bu qərar Baş nazir Əli Əsədov tərəfindən aprelin 14-də imzalanmış və sentyabrın 1-dən qüvvəyə minəcəkdir.
Minval.info xəbər verir ki, qərara əsasən, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə üçün ödəniş etməli olacaqlar. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq ödəniş məbləğləri fərqlidir.
Sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyən edilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniş nəzərdə tutulur.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilməlidir. Ərizəçi tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və ödənişləri həyata keçirməlidir.
Bəzi hallarda, təbii su mənbələrindən götürülən suya görə ödəniş tutulmayacaq. Bu hallar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi, içməli su təchizatı və “Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi daxildir.
Ümumi istifadədə olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə ödənişsiz istifadə edə biləcəklər. Torpaq sahibləri isə öz torpaq sahələrində mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan quyuların qazılmasını və istismarını həyata keçirə biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağsu aşırımında sürüşmə: Yol bağlandı!
Bağdad-Bakı reysində 866 qutu qanunsuz tütün ələ keçirildi
Elxan Mütəllimov DOST Agentliyində yeni vəzifədə
Qarabağ yeni legionerlərlə güclənir: Transferlər yolda!
Azərbaycandan Ermənistana növbəti tranzit tədarükü
Bakıda hava yağmursuz, rayonlarda leysan ehtimalı
Bakıda və bölgələrdə küləkli hava gözlənilir