Selçuk Bayraktarın atası dünyasını dəyişdi

Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktara ağır itki üz verib.
“Minval.info” xəbər verir ki, Selçuk Bayraktarın atası Özdemir Bayraktar 72 yaşında vəfat edib.
Bu barədə şirkət məlumat yayıb. Türkiyə KİV-nin verdiyi məlumata görə, Özdemir Bayraktar sabah Fatih məscidində təşkil olunacaq yas mərasimindən sonra İstanbulda dəfn olunacaq.
Qeyd edək ki, Özdemir Bayraktar “Baykar Teknoloji” şirkətinin İdarə heyətinin sədri idi.
Özdemir Bayraktar “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” dronlarının Qarabağın işğaldan azad olunmasına verdiyi dəstək səbəbilə 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif edilib. Bununla yanaşı, Prezident İlham Əliyev “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktarı da “Qarabağ” ordeni ilə təltif edib.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyadakı təyyarə qəzasında ölən azərbaycanlının kim olduğu məlum olub
Türkiyə PKK-nın “ikinci şəxs”ini məhv edib - VİDEO
Qarabağda erməni əsgər öldü
Türkiyənin sabiq DİN rəhbəri vəfat edib
İstanbulda daha bir yüksək mərtəbəli bina çökdü - FOTO-VİDEO
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Gürcüstanda "Omikron"a yoluxma halları qeydə alınıb