Savaş dərinləşir: Paşinyan oğlunu Qarabağdan çıxardı
Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.
Bununla bağlı erməni KİV-i məlumat yayıb.
Paşinyan özü dəfələrlə bəyan edib ki, onun oğlu Dağlıq Qarabağda (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında – red.) xidmət edir. Ancaq erməni cəmiyyətində A.Paşinyanın daha rahat mühitdə Şirak vilayətində xidmət etməsi ilə bağlı fikirlər səslənirdi.
Ermənistandakı sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, Yerevana yaxın hərbi hissəyə köçürməklə Paşinyan oğlu üçün daha rahat şərait qurmaq qərarına gəlib.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məsələni “Facebook” hesabında şərh edərkən bildirib ki, Ermənistan SQ istənilən hərbi qulluqçu müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif münaqişələrdə və hərbi təlimlərdə iştirak edə bilər.
Burada daha bir vacib məqam var. Məlum olduğu kimi, Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Koçaryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə və torpaqları Azərbaycana satmaq cəhdində ittiham edib. Bunun ardınca “DQR” generalitetinin Paşinyan hakimiyyətini devirəcəkləri ilə bağlı and içdikləri barədə məlumat yayıldı. Bütün bunların fonunda Ermənistan baş nazirinin oğlunu Qarabağdan Ermənistana köçürtdürməsi həqiqətən də diqqət çəkir.//virtualaz.org
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı