Sanksiyaların İran büdcəsinə vurduğu zərər açıqlandı

İran 2018-2021-ci illərdə 1,8 milyard barel nefti sata bilməyib ki, bu da dövlət büdcəsini 100 milyard dollar həcmində gəlirdən məhrum edib.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı İranın yeni neft naziri Cavad Oruci deyib.
O bildirib ki, sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir.
Qeyd olunub ki, iqtisadi sanksiyalar yalnız neftin ixracına deyil, eyni zamanda İrana neft hasilatı üçün yeni texnologiyaların gətirilməsinə və neft sahəsinə sərmayə yatırılmasına da imkan vermir.
Bir sıra Qərb dövlətləri İranın neft və qaz sahəsinə külli miqdarda sərmayə yatırmaq istəyirlər. Hətta Almaniya və digər Avropa dövlətləri ilə İran arasında müqavilələr də imzalanıb. Lakin sanksiyalar bu müqavilələrin reallaşmasına imkan vermir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub