Şahzadə Harri və Elton Cona 13 milyon dollar zərbə!
London məhkəməsi, telefon dinləmələri ilə bağlı “The Daily Mail”in naşirinə qarşı iddia qaldıran, lakin məhkəmə prosesində uduzan Şahzadə Harri, müğənni və bəstəkar Elton Con və digər məşhurların üzərinə 13 milyon dollar məbləğində məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub.
Minval.info xəbər verir ki, İngiltərə və Uels Ali Məhkəməsi iyulun 7-də bir qrup məşhurun qanunsuz məlumat toplanması və şəxsi həyata müdaxilə ittihamları ilə “Associated Newspapers Limited” (ANL) şirkətinə qarşı qaldırdığı iddianı rədd edib.
“The Daily Mail”in naşiri, məşhurlar qrupundan 34,5 milyon funt-sterlinq (47 milyon dollar) məhkəmə xərcləri tələb edib. İddiaçıların vəkilləri ilkin məbləğ kimi 7,9 milyon funt-sterlinq (10,8 milyon dollar) ödənilməsində təkid etsələr də, hakim Metyu Niklin 9,5 milyon funt-sterlinq ödənilməsi barədə qərar çıxarıb. Bu məbləğ növbəti məhkəmə iclaslarında daha da arta bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maykl Rayt 70 yaşında dünyasını dəyişdi
Şafak Sezerin son görüntüsü pərəstişkarları narahat etdi
Faiq Ağayevin köməkçisi vəfat etdi
Anasının xatirəsinə yas əvəzinə toy etdi
Xalq artisti Şükufə Yusupova ağır qəzaya düşdü
Simarə İmanova yeni imici ilə heyran etdi
Yasemin Ergene ekrana qayıdır: Ayda 8 milyon!