“Şahdağ”da bədbəxt hadisə
Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 28-də Şepelyov Nikita Mixayloviç “qara ciyərin cırılması” və “böyrəyin qan sızması” diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriya şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompeksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Daxil olmuş məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək foto şəkillər çəkilib, hadisə şahidlərinin izahatları alınıb. Məhkəmə-tibb, məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizaları təyin olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu