Sabunçuda təhlükə saçan kanal və sahibsiz itlər: Sakinlər həyəcan təbili çalır
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Ramana Gülçülük sovxozu ərazisindəki kanalın baxımsız vəziyyəti yerli sakinlərin narazılığına səbəb olur. Kanalın uzun müddətdir ki, təmizlənmədiyi və məişət tullantıları ilə dolduğu bildirilir.
Minval.info xəbər verir ki, ərazidə su kanalına zibil atılmasının və çirkab sularının axıdılmasının qadağan olunduğunu göstərən məlumat lövhəsi yerləşdirilsə də, bəzi fərdi evlərdən çəkilən borular vasitəsilə çirkab sularının birbaşa kanala axıdıldığı müşahidə edilir. Bu vəziyyət sakinləri narahat edən əsas məsələlərdən biridir.
Bundan əlavə, ərazidə çoxsaylı sahibsiz itlərin mövcudluğu da insanlar, xüsusilə uşaqlar üçün ciddi təhlükə yaradır. Sakinlər bu vəziyyətin tezliklə həll olunmasını tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı