Sabiq yüksək vəzifəli məmur Ukraynadan Gürcüstana ekstradisiya olunub

Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin keçmiş rəisi Megis Kardava Ukraynadan Gürcüstana ekstradisiya olunub.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, sabiq məmur Kiyevdən Tbilisiyə təyyarə ilə gətirilib.
M.Kardava Gürcüstanda 11 cinayət işi üzrə ittiham və məhkum olunub. O, 2017-ci ilin noyabrın 1-də Ukraynada həbs olunub. Gürcüstan tərəfi sabiq məmurun ekstradisiyasını həmin tarixdən tələb edir.
2018-ci ildə M.Kardava Ukraynada ev həbsinə məhkum olunub, bir neçə gün öncə isə yenidən həbsxanaya göndərilib.
Qeyd edək ki, M.Kardava Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin hakimiyyəti dövründə hərbi polis sistemində çalışıb. O, 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub