05.08.2018 - 19:19
Dünya 2 baxış

Sabiq prezident 133 min dollar ödədi və həbsdən çıxdı

Qvatemalanın sabiq prezidenti Alvaro Kolom vəzifədən sui-istifadə ittihamı ilə təxminən 6 ay həbsxanada qaldıqdan sonra pul cəzası müqabilində sərbəst buraxılıb.

Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, Məhkəmə Kolomdan 133 min dollarlıq girov tələb edib.

Xatırladaq ki, 2008-2012-ci illərdə Mərkəzi Amerika ölkəsinə rəhbərlik edən 67 yaşlı Kolom fevral ayında kütləvi nəqliyyat vasitələrinin alınmasında yol verdiyi korrupsiya hallarına görə həbs edilmişdi.

Onun dövründəki maliyyə və daxili işlər nazirləri də saxlanılıblar.

İstintaqı aparan prokuror Juan Fransisko Sandoval məhkəmənin qərarından şikayət edəcəklərini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: