Sabiq maliyyə naziri Rauf Arifoğlunun vəkili oldu - FOTOLAR
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili oldu.
Musavat.com xəbər verir ki, bu gün onun vəkilliyi proseduru rəsmiləşdi. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra S. Məmmədov R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.
O, seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat -təşviqat və digər proseslərə nəzarət edəcək. S. Məmmədov R.Arifoğlunun Milli Məclisdə təmsil olunmasının əhəmiyyətini yüksək dəyərləndirərək, məmnuniyyətlə onun vəkili olacağını bildirib.
Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun bir neçə vəkili elan olunub, digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Nərgiz,
Musavat.com

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rus ordusu Kiyevə doğru irəliləyir, şəhərdə güclü partlayış – “Səhər Xəbər”
Türkiyəni gələn ay ağır sanksiyalar gözləyir
Hərbi qulluqçumuz şəhid oldu
Britaniya xilasetmə qrupunun direktoru: “Mən belə bir şey görməmişdim”