İsgəndər Həmidovun nəşi "Göy Məscid"ə gətirildi - FOTOLAR (YENİLƏNİB)
Fevral ayının 26-da vəfat edən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun nəşi bu dəqiqələrdə Bakıdakı “Göy Məscid”ə gətirilib.
Bu haqda musavat.com-un hadisə yerində olan müxbiri məlumat verir. Əməkdaşımızın bildirdiyinə görə məscidin qarşısına xeyli insan toplaşıb. İsgəndər Həmidovla vida mərasimində AXP lideri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və digər tanınmış simalar da iştirak edirlər.
Ailə üzvlərinin bildirdiyinə sabiq nazir Sulutəpə qəbristanlığında dəfn ediləcək. Bu haqda İ.Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə özünün facebook hesabında yazıb.
Musavat.com Şəhriyar Məcidzadənin həmin statusunu təqdim edir: “Onu da itirdik..
Saat təxminən 11-də göy məsciddə olacağıq. Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək. Mərasim Patamdarda bəyoğlunun yanında olan mərasim zalında olacaq”.
Musavat.com











Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir