Sabah Bakıda 39° isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraiti yağmursuz olacaq.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Gecə hava temperaturu 22-25° arasında dəyişəcək, gündüz isə 31-36° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % səviyyəsində olacaq.
Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gündüz qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında dağlıq bölgələrdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda gecə hava temperaturu 22-26° isti, gündüz isə 34-39° arasında dəyişəcək, dağlarda isə gecə 15-20° isti, gündüz 23-28° olacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı