“Saakaşvili özünü öldürmək istəyirsə bu, onun qanuni hüququdur”

“İnsan özünə qəsd etmək hüququna sahibdir”.
“Minval.info” “Novosti Qruziya”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş Prezident Mixail Saakaşvilinin aclıq aksiyasını şərh edərkən deyib.
“Qanunda yazılıb ki, insanın özünə qəsd etmək hüququ var. Əgər bir insan özünü öldürməyə qərar verirsə, o, bunu edə bilər. Lakin əlbəttə ki, dövlət buna görə məsuliyyəti öz üzərinə götürməyəcək”, – deyə Qaribaşvili vurğulayıb.
O bir daha bildirib ki, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılması və onun Ukraynaya ekstradisiya edilməsi müzakirə mövzusu deyil. Baş nazir qeyd edib ki, bu, hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi mənasına gələrdi.
Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanda saxlanılan M.Saakaşvili 29 gündür aclıq aksiyası keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub