Saakaşvili: “Gürcüstandan tezliklə heç nə qalmayacaq”
“İvanişvilinin xüsusi təyinatlıları Gürcüstanı ağır vəziyyət, ümidsizlik və səfalətdən xilas etmək üçün mübarizə aparan bütün liderlərin yanına gedəcək”.
Bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili müxalifət lideri Nika Meliyanın həbsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan tarixində, son onilliklərdə əsas müxalifət partiyasının sədri və lideri həbs olunmayıb.
M.Saakaşvili qeyd edib ki, müxalifət mübarizəni qələbə əldə olunana qədər davam etdirməlidir.
Keçmiş prezident tezliklə Gürcüstandan heç nə qalmayacağını bildirib: “İvanişvilinin hakimiyyəti dövründə ölkəni 900 mindən çox insan tərk edib. Ölkə çökəcək və tamamilə dağılacaq. Bu, gürcü xalqının soyqırımıdır. Biz mübarizəni qələbə ilə nəticələndirməliyik və əminəm ki, bu, belə də olacaq. Lakin bu, çətin mübarizə olacaq”.
///Report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: "Azərbaycan və Türkiyənin hələ nail olacağı çox hədəf var"
Müdafiə Nazirliyindən Paşinyanın yalanına CAVAB
Prezident Bakıda Ərdoğanla görüşdü - Foto
Ağ Ev Paşinyanı Azərbaycanla danışıqların tempini qorumağa çağırıb
"Cəbhədə yalnız peşəkarlar xidmət etməlidir"
İran XİN başçısının müavini Azərbaycanda səfərdədir
ABŞ Türkiyəyə yeni səfir təyin etdi, gərginlik yaşandı