Saakaşvili Gürcüstanda saxlanıldı

Mixail Saakaşvili Gürcüstanda saxlanılıb.
“Minval.info” TASS-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin tutulması barədə məlumatı Baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib.
“Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili saxlanılıb və cəzaçəkmə müəssisəsinə köçürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbs prosedurunu ən yüksək səviyyədə həyata keçiriblər”, – deyə Qaribaşvili vurğulayıb. Gürcü Baş nazir Saakaşvilinin harada saxlanıldığını açıqlamayıb.
Xatırladaq ki, M.Saakaşvili öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlamışdı. Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə Saakaşvilinin rəsmi şəkildə ölkə sərhədini keçmədiyini bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada koronavirusdan gündəlik ölüm sayı növbəti dəfə rekordu yeniləyib
Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib
Gorusda vəziyyət necədir?
Ermənistanda koronavirusa yoluxanların sayı 260 mini ötüb
Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri Brüsseldə görüşəcəklər
Gürcüstanda daha 1 965 nəfər koronavirusa yoluxub, 50 nəfər ölüb