“Saakaşvili aclıqdan ölərsə, bu, dövlət üçün fəlakət olacaq” - Marqvelaşvili

“Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin aclıq aksiyası ölümcül nəticələrə gətirib çıxararsa, bu, tarixi kontekstdə dövlət üçün fəlakət olacaq”.
“Minval.info” xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili “Pirveli” telekanalının efirində deyib.
Onun sözlərinə görə, hadisələrin bu cür gedişatı nə hakim “Gürcü arzusu” partiyasının, nə də Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının problemi deyil.
“Bu, hökumətin özü üçün problemdir. Düşünürəm ki, bu, ölkəmiz üçün sadəcə fəlakət olar. Artıq 25 gün aclıq etmək zarafat deyil”, – deyə Marqvelaşvili vurğulayıb.
Sabiq Prezident, həmçinin qeyd edib ki, problemi yalnızca dövlətin maraqlarından çıxış edərək həll etmək lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub