Saakaşvili ABŞ-dan Gürcüstana sanksiya tətbiq etməyi tələb edir

“Vaşinqton demokratiyanı sarsıtmaq cəhdlərinə görə Tbilisiyə qarşı sanksiya tətbiq etməlidir”.
“Minval.info” xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili beynəlxalq “Politico” nəşrinə ünvanladığı məktubda deyib.
“ABŞ Gürcüstan hakimiyyətini demokratiyanı sarsıtmaq cəhdlərinə görə açıq şəkildə qınamalıdır. Həmçinin ABŞ Konqresi Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqi məsələsini də nəzərdən keçirməlidir”, – deyə gürcü siyasətçi məktubda qeyd edib.
Bununla yanaşı, Saakaşvili hakim “Gürcü arzusu” partiyasını məhkəmə sistemi və bir çox KİV üzərində nəzarəti gücləndirməkdə, eləcə də bir sıra başqa problemlərdə ittiham edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub