Səyahət sığortası sizi yarı yolda qoya bilər: Səyahətçilərin rastlaşdığı əsas problemlər
Xaricə səyahət edənlər üçün səyahət sığortası əhəmiyyətli bir məsələdir. Lakin bəzi hallarda sığorta, ən vacib anda gözlənilən dəstəyi təmin etməyə bilər.
Minval.info xəbər verir ki, səyahət sığortası ilə bağlı problemlər yaşayan şəxslərdən biri olan Sevda Əhmədova, sığortanın yalnız səfirlikdə keçərli olduğunu, lakin hadisə zamanı işə yaramadığını bildirib. Bu səbəbdən, əgər səyahət sığortasını yalnız viza üçün deyil, həqiqi təminat üçün istəyirsinizsə, daha yüksək məbləğdə sığorta seçməyiniz tövsiyə olunur.
Sosial mediada aparılan sorğular göstərir ki, səyahətçilər tez-tez “tibbi yardımın gecikməsi”, “zəng mərkəzinin gec cavab verməsi” və “ödənişlərin tanınmaması” kimi problemlərlə üzləşirlər. Sığorta şirkətləri isə müraciətlərə dərhal cavab verdiklərini iddia edirlər.
Şengen vizası üçün səyahət sığortası məcburi sənədlərdən biridir və bu, səyahətçiləri gözlənilməz tibbi və digər fövqəladə hallarda maliyyə baxımından qorumaq məqsədi daşıyır. Lakin səyahətçilər bu sənədin əhəmiyyətini yalnız viza üçün məhdudlaşdırmamalıdırlar, çünki səyahət zamanı hər an gözlənilməz hadisələrlə qarşılaşmaq mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır