Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyi açıqlama yayıb
Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, son zamanlar bəzi sosial şəbəkə və etibarsız kütləvi informasiya vasitələrində guya Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfiri Osmanlı dövləti zamanında «erməni soyqırımı»nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə Krallığın dəstək verdiyini bildirdiyi barədə məlumat yayılıb.
Səfirlik bildirir ki, qardaş Azərbaycan Respublikasının maraqlandıran məsələlərlə bağlı Krallığın mövqeyi dəyişməzdir. Bütün bu deyilənlər həqiqətə uyğun deyil və xanım səfir indiyə kimi Konqresin heç bir üzvü ilə görüşməyib, bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Səfirlik bildirir ki, qeyd olunan saytlar və qəzetlər Krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman dövlətlərin arasını vurmağa çalışaraq, öz şəxsi maraq və məqsədləri üçün onları qızışdırmaq və parçalamaq niyyəti güdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər bu lövhədən təşvişə düşdülər
Ərdoğan: "İrandan neft-qaz almasaq, ölkəmizi kim isidəcək?"
Keçmiş nazirin qohumları da işdən qovuldu - SON DƏQİQƏ
Netanyahu: "İsrail İranla müharibəyə hazırdır!"
DSX-yə yeni sözçü təyin olunub