Səs-küylü “Popumuz var” geri qayıdır
Bəstəkar-müğənni Murad Arifin məşhur “Youtube” layihəsi “Popumuz var” geri qayıdır.
Minval.info xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. O bildirib ki, tezliklə verilişin yeni buraxılışları yayımlanacaq:
“Azərbaycan mediasının ən çox trendlərə düşən müsahibələri “Popumuz var”da olur. “Youtube” ən səs-küylü layihəsi geri dönür. Burada siyasətdən də, sosial problemlərdən də, mədəniyyətimizdən də danışırıq. 2 ilə yaxındır ki, hamı məndən “Popumuz var”ı soruşur. Proqramın ilk qonağı isə məşhur reper Orxan Zeynallı olacaq. Müzakirələrə səbəb olacaq söhbətlər izləyiciləri gözləyir. Əminəm ki, bu dəfə də ilklərə imza atacağıq”.
Qeyd edək ki, proqramın ilk buraxılışı 2018-ci ilin fevralında paylaşılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!