“SƏS Azərbaycan”ın qalibi bəlli oldu
İctimai Televiziyada yayımlanan “SƏS Azərbaycan” müsabiqəsinin finalı baş tutub.
Minval.info xəbər verir ki, Xalq artisti Röya Ayxanın komandasının üzvü Cəmilə Haşımova möhtəşəm çıxışı ilə həm münsifləri, həm də tamaşaçıları valeh edərək yarışmanın qalibi olub. Cəmilə bu qələbə ilə təkcə “SƏS Azərbaycan”ın qalibi statusunu deyil, eyni zamanda 25.000 manatlıq mükafatı da qazanıb.
Səhnədə göz yaşlarını saxlaya bilməyən Cəmilə duyğularını belə ifadə edib:
“Bu mənim ən böyük arzum idi. Röya xanıma sonsuz təşəkkür edirəm. Onun dəstəyi olmasaydı, bura qədər gəlmək mümkün olmazdı.”
Röya Ayxan isə bu anı belə şərh edib:
“Qızım qalib oldu! Bu təkcə onun yox, bütün komandamızın zəfəridir. Səhnəyə inanan hər bir istedada bu qələbə həsr olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni pandemiya təhlükəsi: Alimlərdən xəbərdarlıq!
Badamdarda tullantı suları evlərə ziyan vurur
Şengen vizası rəqəmsallaşır: Müraciət asanlaşacaq?
Namiq Qaraçuxurlunun klip çəkilişində ilan qorxusu!
Peyvənd və antibiotik: Uşaqlar üçün nə zaman vacibdir?
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Özbəkistanda zirzəmidə siam köpəkbalığı ferması!