Sərt karantin elan edilən rayonlardan Qəbələyə gələn şəxslər cərimələnib - VİDEO
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə Qəbələ rayonuna gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO