22.10.2020 - 13:44
İdman
34 baxış
"Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik" - Qurban Qurbanov
“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməyən 48 yaşlı mütəxəssis bildirib ki, “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var.
Qurbanov hazırda Qarabağda müharibə getdiyi üçün fikirlərinin Azərbaycan əsgərlərinin yanında olduğunu diqqətə çatdırıb: “Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir”.
Baş məşqçi futbolçuları sabahkı matça motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 22-də “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. (Report.az)
Açar sözlər:
#Qurban Qurbanov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54