"Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir"
“Dəfələrlə böhtan ataraq məni FETO-çu adlandıran Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir”.
Minval.info xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. ADP sədrinin onu FETO-çu adlandırmasına sərt reaksiya verən millət vəkili bu cür iddiada olanlara qısa və açıq mesaj göndərdiyini bildirib:
“Öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari. İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”
Qeyd edək ki, S. Cəlaloğlu Musavat.com-a açıqlamasında Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edə biləcəyini, faktlarının olduğunu söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək