Sərbəst güləşçilərimiz bürünc medal uğrunda mübarizə aparacaq
Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda Azərbaycanın daha 2 sərbəst güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, Gitinoməhəmməd Hacıyev (70 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsəlliverici görüşlərdən qalib ayrılmağı bacarıb. Hacıyev rumıniyalı George Bukura 8:0, Məhəmmədov argentinalı Katriel Murielə 10:0 hesabı ilə qalib gəlib. Onlar bürünc medal qarşılaşmasında qırğızıstanlı İslambek Orozbekovla Ayaal Lazarevi sınağa çəkəcəklər.
Ötən gün isə Hacımurad Məhəmmədsəidovun (92 kq) da bürünc medal görüşündə mübarizə aparacağı müəyyənləşib. O, türkiyəli Erhan Yaylacı ilə üz-üzə gələcək.
Hər 3 görüş bu gün olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək