Şəmkirdə avtomobil qaçıran şəxs tutuldu - FOTO
Mayın 26-sı axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndlisi Sənan Məmmədlinin onun başına taxta parçası ilə vuraraq “Daewoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq, RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO