Şəhriyar Məmmədyarov yenə sponsorsuzluqdan şikayətləndi "Buna görə turnirdən geri qaldım"
Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən gündəmə gəlib.
Minval.info qol.az-a istinadən xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı Feysbukda paylaşım edib.
Hak Şəhriyara məşqçisinin olmamasını xüsusi vurğulayıb: “Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona diqqət ayrılmamasına xüsusi diqqət çəkmək lazımdır. Məmmədyarov yarışlarda komanda yoldaşlarının köməyi ilə çıxış edir. Bu mənəvi dəstək olsa da, bəzi görüşlərdə ona məşqçi lazım olur. Bu daha peşəkar səviyyədə həll edilməlidir”.
Qeyd edək ki, Şəhriyar ötən il də sponsorsuzluqdan şikayətlənmişdi. O, çox turnirlərdə oynadığına görə yorulduğunu əsas gətirmişdi. Məmmədyarov əlavə etmişdi ki, məhz pula görə bir çox yarışlara qatılır və bu onun vacib turnirlərdə yaxşı çıxış etməsinə mane olur. Sözügedən status günlərlə ölkə ictimaiyyətində müzakirələrə səbəb oldu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qalatasaray” liderə çatmaq imkanından yararlanmadı
İspaniya La Liqası: “Real Madrid” “Sevilya” üzərində qələbə qazanıb
"Qarabağ" məşhur futbolçunu transfer edir (RƏSMİ)
Vüqar Şirinli: "Məqsədim paralimpiya çempionu olmaq idi"
Makqreqor-Nurməhəmmədov döyüşünün vaxtı müəyyənləşib
"Neftçi" ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm" - Qurban Qurbanov
“Əla oynadıq” - Biabırçı məğlubiyyətə reaksiya