Şəhriyar Məmmədyarov: "Geridönüş edəcəyimə ümidvaram"
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi barədə paylaşım edib.
36 yaşlı qrossmeyster feysbuk səhifəsində bugünkü qarşılaşmalarda yaxşı nəticəyə ümid etdiyini bildirib. Məmmədyarov “Bu gün geridönüş edəcəyimə ümidvaram” yazıb.
Azərbaycanın ən reytinqli şahmatçısı yarışın ilk gününü 3 xalla başa vursa da, ikinci gün uğursuz çıxış edib. Şahmatçı VI turda FIDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, VII turda norveçli Maqnus Karlsenə, VIII turda ispaniyalı David Antona uduzub. IX turda isveçli Nils Qrandeliusa qalib gələn 36 yaşlı qrossmeyster X turda isə Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmadan məğlub ayrılıb.
“Magnus Carlsen Invitational” adlanan yaırşda Azərbaycanı Teymur Rəcəbov da təmsil edir.
Qeyd edək ki, ikinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.
///Report
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək