Səhiyyə Nazirliyindən qızılca və suçiçəyi ilə bağlı — AÇIQLAMA

Hazırda Azərbaycanda uşaqlar arsında suçiçəyi xəstəliyinə yoluxmada artım müşahidə edilmir.
Minval.İnfo xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, suçiçəyi xəstəliyinə yoluxma tək-tək hallarda qeydə alınır:
“Bizə daxil olan məlumatlar da onu göstərir ki, hazırda ölkədə suçiçəyinın yayılması problemi yoxdur. Bununla bağlı vəziyyət tam sabitdir. Xəstəlik adi, mövsümü qaydada qeydə alınır və artım müşahidə edilmir”.
A.Əliyeva qeyd edib ki, ölkədə qızılca xəstəliyinə yoluxma isə ümumiyyətlə, qeydə alınmır:
“2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılcaya yoluxan şübhəli bir xəstə qeydə alınmayıb. Azərbaycanda qızılca, məxmərək tam eliminasiya (ləğv edilmə) olunub. Azərbaycanda yerli yoluxma hadisələri qeydə alınmır. Eyni zamanda, gətirilmə hal da yoxdur. Hazırda vəziyyət tam sabitdir, bir hadisə belə yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan 46 nömrəli marşrut xəttində yeni avtobuslar fəaliyyətə başlayacaq
Azərbaycanda iki telekanal birləşdi
Nazirlik küləklə bağlı Dəniz Agentliyinə xəbərdarlıq göndərib
Şəkidə zəlzələ olub
Maqsud Mahmudovun istintaqı başa çatıb, 90 nəfər zərərçəkən şəxs tanınıb
Bürclər - 18 avqust