Şəhid təcili yardım sürücüsü dəfn edildi - FOTOLAR
Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasının sürücüsü şəhid Fəxrəddin Yaqubov bu gün dəfn edilib.
Minval.info xəbər verir ki, səhər saatlarında Fəxrəddin Yaqubovla vida mərasimi keçirilib. Bundan sonra onun nəşi Xətai rayonundakı Şəhidlər Xiyabanına aparılıb.
Şəhid sürücünün dəfn mərasimində rayon rəhbrəliyi də iştirak edib.
Fəxrəddin Yaqubov İkinci Qarabağ savaşında ən təhlükəli nöqtələrdən yaralı döyüşçüləri çıxarıb. Bundan əlavə o əsgərlərə yardım daşıyırmış. Elə yardım apararkən noyabrın 22-də itkin düşmüşdü. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu.
Noyabrın 30-da cəsədlərin dəyişdirilməsi zamanı Fəxrəddin Yaqubovun da meyiti Azərbaycana qaytarılıb. Beləliklə, aydın olub ki, Laçın-Şuşa yolunda itkin düşən Fəxrəddin Yaqubov düşmən tərəfindən amansızlıqla qətlə yetirilib.
Şəhid sürücü ilə vida mərasimindən görüntüləri təqdim edirik.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub