Şəbnəmdən Nigara sərt cavab
Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədəki paylaşımına görə onu ələ salan Nigar Camala cavab verib.
Minval.İnfo Ölkə.az-a istinadən xəbər verir ki, Şəbnəm açıqlamasında həmin gün dörd çəkilişdə olduğu üçün sözügedən fotonu tələsik paylaşdığını deyib:
“Həmin gün dörd çəkilişdə olmuşdum və bu, beşinci geyimim idi. Evdən tələsik çıxmışdım. Hər kəsin tələsik işi ola bilər. Təki başqa şeylərdə yanlışlıq etməyək. Şəkili tez paylaşıb pavilyona girmişəm. Saytlar məndən reytinq götürmək istəyirlərsə, götürsünlər. İnanın ki, güldüm keçdim, fikir vermədim. Nigarla da şəxsi qərəzim yoxdur. O kimdir ki məni lağa qoya?! Mən onun kimilərini lağa qoyuram. Nigarın nə oxumağı, nə sənəti məndən artıq deyil. Lağa qoymalı çox adamlar var. Bəlkə də mənim adımı çəkməklə gündəmə gəlmək istəyir. Çünki gündəmdə yoxdur”.
Qeyd edək ki, N.Camal “Instagram”da Şəbnəm Tovuzluya söz atmışdı. Sənətçi bir neçə gün öncə “Gucci”nin kəmərini tərs taxan Şəbnəm Tovuzluya söz ataraq “Gucci”yə görə canım ağrıdı” yazmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
