Rza Çalımbay: "Qarabağ"a qalib gələrək..."
Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la keçirəcəkləri oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis ardıcıl 2 məğlubiyyətə baxmayaraq, mübarizə apardıqları I qrupundan çıxmaq şanslarının davam etdiyini bildirib:
“Vilyarreal”la oyunda olduğu kimi, “Makkabi” ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik. Qarşıdakı oyunlara baxmalıyıq. Bizi hələ 4 qarşılaşma gözləyir. “Makkabi”ni İsraildə udacağımızı düşünürəm. Həmçinin “Qarabağ”a qalib gələrək, qrupda ilk xallarımızı qazanmaq istəyirik”.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək