Ryanair süni intellektlə uçuşlarda gecikmələri azaldacaq – google ilə yeni dövr başlayır
Avropanın ən böyük sərnişin daşıyan aviaşirkətlərindən biri olan Ryanair, uçuş və əməliyyatların idarə edilməsində süni intellektdən istifadə etməyə başlayacaq.
Minval.info xəbər verir ki, Ryanair, Google Cloud ilə 5 illik bir əməkdaşlıq müqaviləsi imzalayıb. Bu razılaşma çərçivəsində, “Gemini” və “Google DeepMind” modelləri uçuşların, ekipajın planlaşdırılması və təyyarələrə texniki xidmət proseslərində tətbiq olunacaq.
Süni intellekt texnologiyası, pilot və kabin heyətinin iş qrafiklərini, istirahət müddətlərini və uçuş cədvəllərini təhlil edərək daha səmərəli planlaşdırılmasına dəstək olacaq. Həmçinin, hava şəraitinin proqnozlaşdırılması və texniki xidmət proseslərində də bu texnologiyadan faydalanılması nəzərdə tutulur.
Ryanair, bu yeni texnologiyanın uçuşlarda gecikmə və digər problemlərin azalmasına kömək edəcəyini ümid edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım