Rusyada intiharlar davam edir: Daha üç məktəbli özünə qəsd etdi
Moskvada üç məktəbli eyni anda intihara cəhd edib. Onlar həb qəbul ediblər. Lakin qızları xilas etmək mümkün olub.
Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb. Onların vəziyyətinin ağır olduğu vurğulanır. Bildirilir ki, polisə yerli sakinlərdən biri zəng edib və mənzillərdən birində pəncərənin qarşısında bir qızın dayandığını və ehtimal ki, intihar etmək istədiyini bildirib. Polislər həmin ünvana gəlib və mənzilə giriblər. İçəridə üç məktəbli olub. Onlardan ikisi huşsuz vəziyyətdə imiş. Məlum olub ki, məktəblilər həb qəbul ediblər. Onların hər üçü zəhərlənmə diaqnozu ilə uşaq xəstəxanasına yerləşdirilib.
Hazırda məktəblilər reanimasiyadadır.
Xatırladaq ki, bir neçə gün öncə Moskvada 12 yaşlarında olan iki qız intihar etmişdi. Onlar özlərini 17-ci mərtəbədən atmazdan öncə video yayımlamışdılar.
///Oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Səudiyyə gəmisini ələ keçirdi
İspaniya Kataloniya separatizminə demokratik seçkilərlə son vermək istəyir
İndoneziyada güclü zəlzələ baş verib, dağıntı və tələfat var
Sutka ərzində İranda koronavirusdan 296 nəfər həyatını itirib
Rusiyadan miqrantlara ağır zərbə
Oğlan küçədə gənc qızı yumruqladı - VİDEO
Zelenski beş ayda 22 nəfəri əfv edib