22.08.2026 - 10:41
Maqazin 26 baxış

Ruslan Məmmədov Rusiyada rüşvət qalmaqalında saxlanıldı

Rusiyada Azərbaycan diasporunun rəhbəri Ruslan Məmmədov rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinərək saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Perm diyarı üzrə İdarəsi bu barədə məlumat yayıb.

Minval.info xəbər verir ki, Ruslan Məmmədov avqustun 19-da Perm Vilayət Məhkəməsində həbs qətimkan tədbirinin oktyabrın 7-dək uzadılması ilə bağlı verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib. Xüsusi xidmət orqanlarının məlumatına görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşları vasitəsilə Perm sakini barəsindəki cinayət təqibinin qanunsuz dayandırılmasını təklif edib.

Hazırda Rusiya Cinayət Məcəlləsinin “rüşvətxorluqda vasitəçilik” maddəsi üzrə cinayət işi qaldırılıb və istintaq davam edir. FTX-dən bildirilib ki, Məmmədovun Rusiya ərazisinə girişi 2076-cı il iyunun 4-dək qadağan edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: