Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik, ölkədə yeni səfərbərliyə hazırlıq aparılmadığını açıqlayıb. O, səfərbərliklə bağlı yayılan məlumatların şayiə olduğunu vurğulayaraq, vətəndaşları bu cür xəbərlərə inanmamağa çağırıb.
Minval.info xəbər verir ki, Kolesnik, belə məlumatların cəmiyyətdə panika yaratmaq məqsədi daşıdığını bildirib. Deputat, şayiələrə görə ölkəni tərk etmək istəyən insanları qınamaq əvəzinə, onlara vəziyyətin izah edilməsinin və məlumatlandırma işinin gücləndirilməsinin vacibliyini qeyd edib.
O, həmçinin Rusiya Silahlı Qüvvələrinin komplektləşdirilməsi ilə bağlı hazırkı tapşırıqların hərbi komissarlıqlar tərəfindən yerinə yetirildiyini və bu səbəbdən səfərbərliyə ehtiyac olmadığını əlavə edib. Kolesnikdən əvvəl Dövlət Dumasının digər deputatı Viktor Sobolev də səfərbərlik elan edilməyəcəyini bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı