Rusiyada yeni radar sistemi hazırlanacaq

Rusiya yeni radar sistemi hazırlayır. Minval.info rus mətbuatına istinadən xəbər verir ki, “RTİ Sistem” şirkətinin baş meneceri Yuriy Anoşko Moskva şəhərində keçirilən “Armiya 2021” Beynəlxalq Hərbi Texniki Forumunda bu sistem haqqında məlumat verib.
Moskva bölgəsini ballistik raket hücumlarından qorumaq üçün istifadə edilən Don-2N raketdən müdafiə radar sistemindən danışan Anosko dünyada bənzərsiz olan bu radar sisteminin modernləşdirildiyini vurğulayıb: “Hazırda sistem sınaqdan keçirilir. Bu araşdırmalar nəticəsində sistemin funksional xüsusiyyətləri dəyişib. Radar sisteminin həm keyfiyyət, həm də kəmiyyət xüsusiyyətlərinin təkmilləşib”.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Qeyd edək ki,1978-ci ildə qurulmağa başlanan, 1989-cu ildə orduya təhvil verilən və 1991-ci ildə istifadəyə verilən Don-2N sistem o vaxtdan bəri fasiləsiz fəaliyyət göstərir. Hündürlüyü 33 metr olan 4 tərəfli piramida şəkilli radar sisteminin künclərində 18 metr diametrli ultra yüksək tezliklə radar sistemləri mövcuddur. 360 dərəcə baxış bucağı olan radarlar 3.700 kilometrə qədər olan məsafədə ballistik raketləri aşkar edə bilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş