Rusiyada tarixi görüş baş tutdu
Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vladimir Putinlə Kim Çen In arasında danışıqlar Rus adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.
Liderlər əl-ələ görüşdükdən sonra mətbuata qısa bəyənatlar veriblər.
KXDR rəhbəri bildirib: “Dünyanın bütün diqqəti Koreya yarımadasındakı vəziyyətə yönəlib. Düşünürəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi aparacağıq və bunu birlikdə həll etməyin yollarına dair çox əhəmiyyətli danışıqlar aparacağıq”.
Rusiya prezidenti də görüşün əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Daha sonra tərəflər arasında təkbətək görüş baş tutub. 50 dəqiqə keçirilməsi nəzərdə tutulan görüş bir saatdan çoxdur ki, davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı