Rusiyada qadınlara hərbi çağırış...
Rusiyada son zamanlar bəzi qadınların hərbi komissarlıqlardan çağırış vərəqələri alması cəmiyyətdə müzakirələrə yol açıb. Bu çağırışlar əsasən hərbi-uçot ixtisasına malik olan qadınlara yönəlib.
Minval.info xəbər verir ki, çağırış alan qadınlar arasında tibb, əczaçılıq, rabitə və informasiya texnologiyaları kimi sahələrdə ixtisaslı şəxslər yer alır. Lakin bəzi hallarda elektron uçot sistemindəki texniki səhvlər səbəbindən hərbi qeydiyyata aidiyyəti olmayan qadınlara da yanlışlıqla bildirişlər göndərilib.
Rusiya qanunlarına görə, qadınlar sülh dövründə məcburi hərbi xidmətə cəlb edilmir. Bununla belə, hərbi-uçot öhdəliyi olanlar çağırış aldıqda hərbi komissarlığa müraciət etməlidirlər. Hüquqşünaslar bildirirlər ki, əgər çağırışın səhvən göndərildiyi düşünülürsə, müvafiq sənədlərlə hərbi komissarlığa müraciət edərək məlumatların düzəldilməsi tələb edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı