04.10.2021 - 14:07
Region 2 baxış

Rusiyada koronavirusdan ölənlərin sayı 210 mini ötüb

Rusiyada koronavirusa gündəlik yoluxma halları üçüncü gün ard-arda 25 min həddini ötür.

Minval.info-nun məlumatına görə, ötən gün ölkədə 25 781 yeni yoluxma qeydə alınıb. Bir gün əvvəl isə 25 769 nəfər yoluxmuşdu.

Eyni zamanda sutka ərzində koronavirusdan 883 nəfər vəfat edib. Əvvəlki gün isə bu göstərici üzrə ölkədə ən yüksək rəqəm qeydə alınmış, 890 nəfər vəfat etmişdi.

Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 7,61 milyon nəfəri ötüb, ölənlərin sayı isə 210 801 nəfərə çatıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: