Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında vəfat edib
Rusiyada azərbaycanlı zavod direktoru gənc yaşında ürəktutmadan vəfat edib.
Bu barədə “Report”a yazıçı-publisist Əkbər Qoşalı məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov 37 yaşında ürəktutmasından dünyasını dəyişib.
Ə.Qoşalı bildirib ki, mərhum E.Məmmədov Azərbaycanda dəfn olunacaq: “Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı işlər aparılır. Mərhumun cənazəsi Şəkidə torpağa tapşırılacaq”.
Qeyd edək ki, Elvin Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Zabid oğlu Məmmədovun oğludur.
1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Saxa Respublikası Dövlət Məclisinin üzvü, Saxanın Fəxri Vətəndaşı və Əməkdar İnşaatçıdır. O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatının başçısıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!