Rusiya və NATO 10 ildən sonra ilk dəfə birgə həlim təlim keçirəcək
Rusiya və NATO 10 ildən sonra ilk dəfə Pakistanın Karaçi şəhəri yaxınlığında NATO ilə birgə hərbi təlimlərə qatılacaq.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti açıqlama verib.
Təlimin fevral ayında Pakistanın Karaçi şəhəri yaxınlığında keçiriləcəyi bildirilib. Hərbi donanma təlimlərdə Rusiya ilə yanaşı Pakistan, ABŞ, İngiltərə, Çin, Yaponiya, Türkiyə, Filippin, Malayziya, Şri Lanka və İndoneziyadan hərbi donanmalarının iştirak edəcəyi bildirilib.
Rusiyanın təlimlərdə bir freqat, bir patrul gəmisi, bir xilasetmə gəmisi, Dəniz Qoşunları birliyi, mina təmizləyən qrup və bir dəniz helikopteri ilə iştirak edəcəyi açıqlanıb.
Qeyd edək ki, Rusiya NATO ilə sonuncu dəfə 2011-ci ildə Polşada keçirilən terrorla ortaq mübarizə üzrə hərbi təlimlərdə iştirak etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib