Rusiya Ermənistanın əleyhinə səs verdi
Ötən gün AŞPA-nın yaz sessiyasında baş tutan “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsi zamanı maraqlı hal qeydə alınıb.
Bu barədə “Qafqazinfo”ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Kamal Cəfərov məlumat verib. O bildirib ki, sözügedən məsələnin müzakirəsindən sonra Rusiya Ermənistanın əleyhinə səs verib.
“Azərbaycan, Türkiyə, o cümlədən, Rusiya Federasiyasının 5 deputatı Ermənistanın təklifinin əleyhinə səs verib. Erməni deputatlar əsirlər məsələsinin gündəliyə daxil edilməsini istəyirdilər. Buna baxmayaraq, səsvermə nəticəsində qeyd edilən məsələ bu gün axşam müzakirə ediləcək.
Bu cür müzakirələr çox olub, ermənilərin və ermənipərəst deputatların cavablarını dünən olduğu kimi yerindəcə verəcəyik.
Müşahidəmiz ondan ibarətdir ki, ermənilər və bəzi deputatlar cənab Prezidentin regiondakı yaratdığı yeni reallığı qəbul etməkdə çətinlik çəkirlər, Qarabağın işğaldan azad olunmasına hələ də inana bilmirlər”, – deyə deputat vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı