Rusiya Dağlıq Qarabağdakı ermənilərə yardımı niyə Gəncə üzərindən aparır? - Elxan Şahinoğlu ilə "Canlı debat"da
Vətən savaşımız davam edir. Ermənistanda sular duruımur, baş nazir Paşinyanı devirmək üçün bəzi güclər səfərbər olub. Bu, fayda verəcəkmi? Paşinyanın devrilməsi Qarabağ savaşına necə təsir edəcək? Ermənilər bunca məğlubiyyətdən sonra yenə “Azərbaycanla müharibə edək, qisas alaq” deyirlər. Bu millət niyə reallıq hissini bunca itirib? Ermənilərin bu tövrü cəbhədə yenidən müharibəni qızışdıra bilərmi? Bu əhval sülhə, 10 noyabr bəyannaməsinə real təhlükə yaradırmı? Əlavə olaraq Ermənistanda baş verənlər, siyasi çaxnaşmalar Qarabağ razışalmasına hansı təhlükələr vəd edir?
Rusiya FHN-in təyyarəsi Gəncə aeroportuna endi, ordan maşınlarla humanitar yardımlar Qarabağda yaşayan ermənilərə aparıldı. Bunu çoxları Azərbaycanın əleyhinə olan durum kimi təqdim etmək istəyir. Amma tam əksidi, bu, Azərbaycanın xeyirinədir, ölkəmizin, hökumətimizin razılığı ilə olub. Bu yüklər Ermənistan ərazisindən getsəydi, o zaman narahatlığa əsas vardı. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın ərazisidi, ona görə də ora yüklər burdan gedir. Prosesə də Azərbaycan nəzarət edir. Narahatlığa əsas varmı gerçəkdən?
Rusiyalı poltoloq deyib ki, Ermənistan Azərbaycana ödəməli olacağı təzminatdan qurtulmaq üçün Zəngəzuru və başqa Azərbaycan üçün strateji yerləri güzəştə getsin. Ermənilər bizə təzminat əvəzi əlavə torpaq təklif etsə, bununla razılaşıla bilərmi? Ümumiyyətlə bu plan hər zaman masada olub. İndiki halda reallaşdırılması nə dərəcədə mümkün görünür?
Qərb Azərbaycana münasibətdə özünü niyə bu qədər ləyaqətsiz aparır? Avropa ölkələrinin hökumətləri, QHT-ləri, mediası Ermənistan kimi işğalçı, barbar bir ölkəni müdafiə etdikcə, Qərb dəyərləri gözdən düşür. Avropa, Amerika türk dünyasının iki aparıcı dövləti olan TC və Azərbaycanda niyə özünü bitirmək xətti seçib? Bu, Ermənistanı müdafiə adı altında regionun iki aparıcı türk-müsəlman ölkəsinə qarşı gizli-aşkar savaşıdımı?
Bu və digər sualların cavabı bu gün politoloq Elxan Şahinoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
https://youtu.be/hEtVETSzkQo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə metroda qadına təcavüz edəni döydülər - VİDEO
Neftçilər prospektində hələ belə “avtoxuliqanlıq” eliyən olmamışdı - VİDEO
Cəbhədən yeni xəbər: Düşmənin qüvvə və vasitələri məhv edilib VİDEO
Futbol ulduzlarının "dəmir atlar"ı - Messi, Ronaldo, Neymar...
Məktəbli qız ölümünü anbaan telefonuna qeyd etdi - VİDEO
Afaq Bəşirqızı söyüş söydü, ARB fəaliyyətini dayandırdı – VİDEO
