Rus kəşfiyyatından xəbərdarlıq - Ermənistana hücum olacaq
Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikotya adına Moskva Universitetində keçirilən konfransda Baş idarənin müdiri Oleq İlyin “Terrorizm və ekstremizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diqqət çəkən məqam İlyinin “İŞİD İraq və Suriyada məğlubiyyətdən sonra öz fəaliyyətlərini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə köçürməyi planlaşdırır” sözləridir. Bu, Rusiyanın adıçəkilən ölkələrə gələcək təhlükələrlə bağlı açıq xəbərdarlığı hesab oluna bilər.
Publika.az xəbər verir ki, Rusiyada səslənən bu xəbərdarlığı Ermənistanda birmənalı qəbul etməyiblər.
Erməni şərhçi Tevos Arşakyan yazır ki, Moskva İrəvana “ya Rusiya, ya da İŞİD” xəbərdarlığı edir.
“Ermənistanda son proseslər Kremli narahat edir. Rusiya kəşfiyyatı ermənilərin anti-Rusiya əhval-ruhiyyəsi haqqında təhlükə siqnalları verirlər. Ruslar anlayır ki, ermənilər Ermənistandakı Rusiya hərbiçilərini istəmir və buna açıq etiraz edirlər. Bu baxımdan, İŞİD-in Ermənistana hücumu haqqında fərziyyə ortaya atılır və bununla bildirilir ki, Rusiya Ermənistandan çıxarsa, İŞİD hücum edə bilər”, – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı