Ruhi və Nura arasında yemək qalmaqalı - Video
“18 yaşımda ailə qurmuşam, 19 yaşında ana olmuşam. Mətbəxə olan sevgim normaldır. Baxıram ki, hamı özünü mətbəxdə təsdiqləmək istəyir. Bu, çox gözəl haldır. Amma ona-buna da söz atırlar ki, guya kimsə bunlara baxıb həvəsə gəlir”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri İnstaqram “Story”də halva bişirərkən çəkdiyi videoda söyləyib.
O, mətbəxlə bağlı videolar paylaşmaq üçün heç kimdən bəhrələnmədiyini deyib:
“2006-cı ildə rəhmətlik Gülşən Qurbanovadan sonra mətbəx verilişində aparıcı olmuşam. Saytların birində bloqum olub. Hansı ki, o zaman bloqerlər yox idi, bloq sözünün mənasını bilmirdi. Orada şirniyyat, yemək reseptləri paylaşırdım. İndi hamı “Youtube”da kanal açıb, gəlir əldə etmək istəyir. Mənim buna vaxtım yoxdur”.
Qeyd edək ki, mətbəxlə bağlı videolar çəkən məşhur Ruhi Əliyevadır. O, ötən ay çəkdiyi videolarının birində “Bilirsiniz də artıq hər kəs banka bağlayır. Dəbə çox şeylər gətirmişik: yemək bişirirlər. Kontenti böyütdük, Bodrumda bazara qədər gedirlər” ifadəsini səsləndirib.
https://www.youtube.com/watch?time_continue=60&v=Gcg-qNY7reI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək