Ruhi Əliyevadan narkotikə qarşı növbəti çarx - “Ağ dünyanı rənglə” (VİDEO)
İş xanımı Ruhi Əliyeva Daxili İşlər Nazirliyinin sosial layihəsində yer alıb.
Minval.info xəbər verir ki, o, DİN-nin antinarkotik təbliğatının gücləndirilməsi üçün həyata keçirdiyi layihəyə dəstək olmaq üçün növbəti video çarxını paylaşıb.
“Hər gün neçə-neçə gəncin onun əsirinə, neçə -neçə ailələrin onun qurbanına çevrildiyini görürük. Onun cəmiyyət, insanlıq və gələcək üçün necə ciddi təhdid, necə böyük fəlakət olduğuna hər gün bir daha əmin oluruq. Sabahımızın bu qorxunc bəladan xilası üçün hər birimiz sosial səfərbər olmalı, mübarizə aparmalıyıq.
“Ağ dünyanı rənglə” adlı bu qısa ekran işini də biz məhz bu məqsədlə – DİN-nin antinarkotik təbliğatının gücləndirilməsi üçün həyata keçirdiyi layihəyə dəstək olmaq üçün lentə almışıq.
Ümid edirik, “Ağ dünyanı rənglə” filmi narkotik bəlası ilə üz-üzə qalan hər kəsə doğru yol seçməyə yardımçı olacaq” – deyə iş xanımı bildirib.
Bu gönderiyi Instagram’da gör
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO