Rubio Beynəlxalq Cinayət Məhkəməsini sərt tənqid etdi
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanımadığını bir daha bəyan edib.
Minval.info xəbər verir ki, Rubio məhkəməni sərt ifadələrlə tənqid edərək onu “axmaq təşkilat” adlandırıb.
Dövlət katibi bildirib ki, ABŞ bu məhkəmənin əsasını təşkil edən sazişi heç vaxt imzalamayıb və onun üzvü deyil. Onun sözlərinə görə, BCM heç bir hüquqi əsas olmadan sazişə qoşulmayan dövlətlərin rəhbərlərini və digər şəxsləri təqib etmək, eləcə də həbs etmək səlahiyyətinə malik olduğunu iddia edir.
Rubio qeyd edib ki, məhkəmədə ABŞ hərbçilərini, eləcə də hazırkı və ya gələcək prezidentləri məsuliyyətə cəlb etmək istəyən şəxslər var. O vurğulayıb ki, Vaşinqton buna heç vaxt imkan verməyəcək.
ABŞ Dövlət katibi əlavə edib ki, rəsmi Vaşinqton indiyədək Beynəlxalq Cinayət Məhkəməsini dəfələrlə xəbərdar edib və qurumun ABŞ-ın mövqeyini nəzərə almamasının nəticələri ilə üzləşəcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı