Roza Zərgərli Afət Fərmanqızını məhkəməyə verir
Müğənni Roza Zərgərli Afət Fərmanqızını məhkəməyə verir.
Minval.info xəbər verir ki, Roza bu haqda sosial şəbəkədə məlumat yayıb: “Afət Fərmanqızı, sizin İnstaqram hesabınızda paylaşdığınız şəklə görə – 3 il bundan əvvəl bəzi saytlar montaj olunmuş şəkil paylaşdıqları üçün (ekspert rəyi ilə) qanun qarşısında öz cəzalarını alıblar. Siz də bu saxta şəkli paylaşmaqla insanlarda fikir formalaşdırırsız, bu da ayrı bir cinayət məsuliyyətidir və qəbahətdir. Buna görə cavabdehlik daşıyacaqsınız.
Sizə heç kim haqq verməyib ki, Azərbaycan Respublikasının sənətkarlarına qarşı ağzınıza gələn təhqirləri, natəmiz sözləri səsləndirəsiz. Buna görə də ayrıca cavabdehlik daşıyacaqsız. Sizə çox yazığım gəlir, bilirsiz nəyə? Siz öz səhvlərinizi görmürsüz və elə bilirsiz ki, hər hansı bir qadını alçatmaqla, siz gözdə qalxırsız. Bu, sizin yanlışınızdır. Bu, mənim sənə sosial media tərəfindən deyəcəyim son sözümdür, Afət Fərmanqızı”.
Qeyd edək ki, Afət Fərmanqızı Flora Kərimovanı təhqir etdiyi üçün Roza ona həşərat deyib. Afət Roza Zərgərlinin olduğu iddia edilən 18+ foto paylaşıb.
Daha sonra qalmaqal böyüyüb və tərəflər qarşılıqlı olaraq sosial şəbəkədə bir-birinə ismarıc göndərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək