Röyadan şəhidin adını səhv yazdı, tənqid olundu - Müğənnidən sərt reaksiya
Əməkdar artist Röya Ayxanın 20 Yanvarla bağlı paylaşımı müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, Röya bildirib ki, yaşanan hadisələrə şahid olduğu üçün heç vaxt unutmayacaq: “Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. O gün neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fəridə (İlham və Fərizə) var idi. Qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu”.
Sənətçinin şəhidin adını səhv yazması sosial şəbəkədə birmənalı qarşılanmayıb və Röya tənqid edilib.
O, daha sonra səhvini düzəldib və tənqidlərə hekayə bölməsində cavab verib: “Hərf səhvinə görə şərhlərdə əziyyət çəkmisiniz. Yazanda həyəcanlı olmuşam, bir neçə hərfi səhv yazmışam. Bunu qoyaq kənara… Səhv tutanların həyat səhvlərinin əlindən uşaqla parka çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşar, fındıqlar çoxalar. Ağıllızadələr, sözüm sizədir!”


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək